Biz gələcəyə diqqət yetirir və hər zaman qısamüddətli qazanclardansa uzunmüddətli uğurları seçirik. Tükənməz maraqla həmişə yeni imkanlar kəşf edirik. Təşəbbüs göstərərək, başqalarının hərəkətə keçməsini gözləməyərək, nəticəyə diqqət yetirərək və öhdəliklərimizi aşaraq şirkətimizin vizyonunu reallaşdırmaq üçün çalışırıq. Tez hərəkət edirik, risk alırıq və cəsarətli qərarlar qəbul edirik. Səhv etməkdən qorxmuruq. Məlumatlara əsaslanaraq daha güclü qərarlar qəbul edirik. 

Garden Shop MMC 2017-ci ildə təsis edilmişdir. Şirkətin təsisçiləri yaşıllaşdırma və bitki sahəsində illərin təcrübəsinə malikdir. Şirkət olaraq otaq bitkilərinin satışı, aqrotexniki qulluq, avtosuvarma sistemlərinin quraşdırılması və s. həyata keçiririk. İşimizə olan sevgimiz bizə yüzlərlə tərəfdaş, iş ortaqları və müştərilər bəxş etdi. Hər ay onlarla özəl və dövlət qurumlarına xidmət göstəririk. İnsanların bitkilərə olan hörmətini və dəyərini inkişaf etdirmək məqsədi ilə maarifləndirici video materiallar hazırlayırıq. AzTV telekanalında yayımlanan “Gül Kimi” layihəsində hər həftə bildiklərimizi və təcrübəmizi paylaşırıq.